Türkiyə vətəndaşı Bakıda piyadanı vurdu


Digərləri 13 Dek 2018 09:40:00 591 0

Türkiyə vətəndaşı Bakıda piyadanı vurdu

Bakıda Türkiyə vətəndaşı qəza törədib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayonun X.Rüstəmov küçəsi, 7 saylı ünvanın qarşısında Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Çelik Sinan İmam oğlu idarə etdiyi "Audi" markalı 90-GX-991 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Mehdiyeva Güləzər Qismət qızını vurub.

Yaralı qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.