Dövlət Komitəsinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib FOTO


Digərləri 13 Dek 2018 08:23:00 669 0

Dövlət Komitəsinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib  FOTO

Dekabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını tərk etmiş qaçqınlar və məcburi köçkünlər də hər zaman ulu öndərin diqqət və qayğısını hiss ediblər. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə ilk dövlət proqramı hazırlanıb və icra edilib.

Qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətini möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Bu həssas kateqoriyadan olan vətəndaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılmasını və məşğulluğunun artırılmasını təmin edən kompleks tədbirlər müəyyənləşdirilərək həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı işlərin sürətləndirilməsinə dair verdiyi tapşırığını şəxsən nəzarətdə saxlayır.


Xəbərə aid fotolar