Sinfinin ən sürətli skaneri


Digərləri 13 Dek 2018 07:41:00 701 0

Sinfinin ən sürətli skaneri

Fujitsu IX100 dünyada ən sürətli batareya ilə qidalanan portativ skanerdir. Qurğu yalnız 400 qram ağırlığındadır və 5.2 saniyədə bir səhifə skan edir (A4, rəngli, 200/300 dpi), yəni öz sinifində ən sürətli skanerdir.

Son.az technote.az-a istinadən bildirir ki, daxili Wi-Fi modulu ev və ya ofis daxilində mövcud şəbəkələri avtomatik olaraq tanıyır və onların arasında asan qoşulmanı təmin edir. İstifadəçilər sənədləri simsiz rabitə ilə skan edərək birbaşa Wi-Fi-ya qoşulmadan Android və ya iOS cihazlarına göndərə bilərlər.    Əlavə olaraq siz skan edəcəyiniz faylın ölçüsünü və formatını özünüz seçə bilərsiniz. Skan olunmuş faylları nəinki jpeg, hətta pdf, word, excel kimi fayl növlərində yadda saxlamaq mümkündür.