Ev şəraitində soyuqdəyməni tez müalicə etməyin yolları 4 üsul, 2 resept


Digərləri 12 Dek 2018 23:54:00 816 0

Ev şəraitində soyuqdəyməni tez müalicə etməyin yolları  4 üsul, 2 resept

Soyuqdəyməni ev şəraitində həkim və dərmanların köməyi olmadan sağaltmaq mümkündür. 

Son.az medicina.az-a istinadən bildirir ki, soyuqdəymənin ilk əlamətləri meydana çıxan kimi tez müalicəyə başlamaq lazımdır. Əgər hətta öskürək və baş ağrısı kimi əlamətlər yoxdursa belə, özünüzü halsız və yorğun hiss edirsinizsə, o zaman müalicəyə uzanaraq dincəlməklə başlasanız yaxşı olar. 

1. Birinci addım - aclıq 

Yemək və içməkdən imtina edin. Qan qatılaşması - "tormbofelit" soyuqdəymə zamanı üzə çıxan problemlərdəndir. Bu zaman qanda şəkərin miqdarı artır, bağırsaqlarda və ya öd kisəsində problemlər yaranır. Buna görə də bir müddət ac və susuz qalmaq sizə kömək ola bilər. Bir neçə gündən sonra isə toyuq bulyonu və bitki çayları qəbul edə bilərsiniz. 

2. Bədənin isidilməsi 

İsti vanna, sauna və hamam soyuqdəymədə və qrip hallarında kömək edir. Ancaq bu zaman temperatur 38 dərəcədən çox olmamalıdır.  Bu proseduru 10-12 gün ərzində 1-2 dəfə etmək kifayətdir. İsti vannaya 1 kq duz töksəniz effekt daha yaxşı olar. 

3. Soğan və sarımsaqdan istifadə 

Bu bitkilərin tərkibində olan fitonsidlər virus və mikroorqanizmlərin zərərsizləşdirilməsində yaxşı nəticə verir.