Duza qoyulmuş kələm limondan daha xeyirli imiş Kələm növlərinin orqanizmə faydaları


Digərləri 12 Dek 2018 23:45:00 899 0

Duza qoyulmuş kələm limondan daha xeyirli imiş  Kələm növlərinin orqanizmə faydaları

C vitamini deyəndə ağıla ilk növbədə sitrus meyvələri gəlsə də, məlum olub ki, C vitamini adi kələmin tərkibində daha çoxdur. Həmçinin kələmdə nadir tapılan U vitamini, fol turşusu, B qrup vitaminləri, E, K, PP, fosfor, kaliy, maqniy, ftor, sink və çox sayda digər minerallar var. 

Kələm ən az kalorili tərəvəzdir. Hər növ kələmin öz istifadə qaydası, faydası və çatışmazlıqları var.

Son.az medicina.az-a istinadən duzlu kələmdən tutmuş cırtdan kələmə kimi bütün kələmlərin təsnifatını təqdim edir.

Kələm şorabası - Malakansayağı

Ağ kələm nazik doğranılıb, kök ilə duza qoyulduqda və sutkalıq 100 qr yeyildikdə, bir insanın sutkalıq C vitamini tələbatını ödəyir. Xüsusən turşuya qoyulan kələmdə vitamin ehtiyatı daha da artır. Bu kələmdə süd turşusu əmələ gəlir ki, o da bağırsaq mikroflorasını normallaşdırır, bir çox qarın, bağırsaq xəstəliklərində faydalıdır. Amma kəskin xora və qastritdə əks göstərişdir. 

Duza qoyulmuş brokkoli, gül kələmi və ağ kələmdə dəmir daha çox olur və onları yedikdə qana daha tez sovrulur. Şoraba kələmdə çoxlu orqanik turşular formalaşır: alma, limon, askorbin.

Ağ baş kələm

Bir tərəfdən onda vitamin və minerallar çoxdur, aşağı kalorilidir, dietikdir, digər tərəfdən xardal yağı, acılıq verən yağlar, kobud və gec həzm olunan liflər olduğundan köp, meteorizm yaradır. Qışda kələmdə C vitamini azalır, ona görə qışda daha çox turşu kələm yemək məsləhətdir. 

Xalq təbabətində kələm suyu mədə xorasına dərman hesab edilir, çünki kələmdə unikal U vitamini var ki, o da mədənin selikli qişasını xora, eroziyadan qoruyur. Yox, əgər xora, qastrit helikobakteri səbəbindən yaranıbsa, bu zaman antibiotik kursu lazımdır, kələm kömək etməz.

Tibb isə ağ kələmi qaraciyər və bağırsaq iltihabı xəstəliklərində məsləhət bilmir.

Qırmızı kələm

Kələmə qırmızı rəng verən antosian piqmentidir. Qırmızı kələm güclü antioksidantdır, stress, yorğunluq, hüceyrələrin qocalması, görmənin zəifləməsinə qarşı istifadə olunur.