Prezidentlər və krallar arasında telefon danışıqları necə baş tutur?


Digərləri 12 Dek 2018 22:50:00 1038 0

Prezidentlər və krallar arasında telefon danışıqları necə baş tutur?

Yüksək səviyyəli şəxslər arasında telefon danışıqları bəzi zəruri prosedurlarla baş tutur və bu cür danışıqlar üzbəüz görüşlər kimi diqqətlə hazırlanır. 

"Telefon vasitəsilə danışıq istəyi diplomatik kanallar - XİN və ya səfirliklər vasitəsilə təklif edilir", - keçmiş SSRİ prezidenti Mixail Qorbaçov və Rusiya prezidenti Boris Yeltsinin dövründə 10 il müddətinə Kremlin protokol xidmətinə rəhbərlik edən Vladimir Şevçenko bildirib.  

Bu təklif səslənərkən, danışıqların vaxtı və mövzusu da göstərilir. Sualların nümunə forması da göstərilə bilər, ancaq diplomatik etika bunu tələb etmir. 

Son.az oxu.az-a istinadən bildirir ki, onun sözlərinə görə, son illər diplomatik etika ilə bağlı bir sıra dəyişikliklər olub. 

"Abonentə zəng çatmır"

Danışıqların təkcə mövzusu deyil, vaxtı da razılaşdırılır. Əgər göstərilən vaxt digər tərəfi qane etmirsə, öz variantını səsləndirir və bunun səbəbini göstərir. Ancaq bu, çox vaxt zəngin vaxtını dəyişmək və ya ümumiyyətlə, danışıqdan imtina etmək məqsədi daşıyır. 

Qısası, bunun üçün səbəb də göstərilməyə, sadəcə, danışıqların baş tuta bilməyəcəyi deyilə bilər. Şevçenko bildirib ki, danışıqda heç bir mənanın olmadığı və ya zərərli olması səbəbindən telefon danışığından imtina edilə bilər. Vladimir Putin Pyotr Poroşenko ilə danışıqdan imtinanı onun seçki kampaniyasına qatılmaq istəməməsi ilə əsaslandırıb. 

Xətdəki insanlar

Dövlət başçıları telefon danışığında tək iştirak etmirlər. Hətta liderlər bir-birinin dillərini asanlıqla başa düşsələr də, hər iki tərəfdən tərcüməçilər iştirak edir.

"Bu gün Angela Merkel rus dilini mükəmməl bilir və danışır. Vladimir Putin də ingilis və alman dillərində sərbəst danışa bilir. Ancaq danışıqlar zamanı bəzi ikimənalı sözlərin, uğursuz ifadələrin xoşagəlməz nəticələrə səbəb olmaması üçün tərcüməçilərin iştirakı vacibdir", - Şevçenko əlavə edib. 

Buna görə də tərcüməçilərin telefon danışığındakı rolunu qiymətləndirmək çox çətindir. 

Misal üçün, Brejnev o zaman telefon danışığından öncə hazırlanmış mətni oxuyurdu, bu mətnin surəti tərcüməçidə də olurdu. Bu da Brejnevlə işləməyi asanlaşdırırdı. 


Xəbərə aid fotolar