Gürcüstan parlamentində gələn ilin dövlət büdcəsi ilə bağlı səsvermə baş tutmayıb


Dünya 12 Dek 2018 21:59:00 445 0

Gürcüstan parlamentində gələn ilin dövlət büdcəsi ilə bağlı səsvermə baş tutmayıb

Gürcüstan parlamentinin bugünkü plenar iclasında 2019-cu il üçün dövlət büdcəsi layihəsi ilə bağlı səsvermə baş tutmayıb.

Son.az "report"-a istinadən bildirir ki, buna qanunverici orqanda kvorumun təmin olunmaması səbəb olub.

Parlament sədri İrakli Kobaxidze bildirib ki, iclasda 69 deputat iştirak edib və buna görə, səsvermə baş tutmayıb:

"Həmkarlarımın məsuliyyətsizliyinə görə səsvermə bu gün olmayacaq".