Ərdoğan Trampı məlumatlandırdı,


Dünya 12 Dek 2018 21:20:00 439 0

Ərdoğan Trampı məlumatlandırdı,

Türk ordusu yaxın günlərdə Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinə qarşı əməliyyata başlamaq niyyətindədir.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz Fərat çayından şərqdə Suriyanın digər regionlarında olduğu kimi insanlara sülh və sabitlik gətirmək niyyətindəyik. Biz heç vaxt ABŞ və onun ordusuna qarşı olmamışıq, onlar həmişə bizim strateji tərəfdaşımızdır. Bizim Suriya ilə bağlı fikir ayrılıqlarımız əlaqələrimizin inkişafına təsir etməməlidir", - deyə Ərdoğan qeyd edib.