Elon Musk, Tesla.com domeninin qiymətini açıqladı


Digərləri 12 Dek 2018 21:13:00 533 0

Elon Musk, Tesla.com domeninin qiymətini açıqladı

2016-cı ildə Elon Musk, Tesla.com adlı domeni Stu Grossman-dan almışdı.

Son.az Technote-a istinadən bildirir ki, həmin vaxtda Musk-ın bu domeni hansı qiymətə aldığı məlum deyildi. Bir neçə gün öncə isə Musk domenin qiymətini açıqladı.

Beləliklə, Musk həmin domeni 11 milyon dollara alıbmış. O, həmçinin qeyd edib ki, TeslaMotors.com domeni onun xoşuna gəlmirdi. Onun sözlərinə görə Tesla.com domeni şirkətin inkişafına çox müsbət təsir göstərdi və onun həmin vaxtda buna yatırdığı vəsait artıq özünü doğruldub.