DİQQƏT! Təhsil İdarəsindən bəyanat: "Yeni il"lə bağlı pul yığılarsa...


Digərləri 12 Dek 2018 19:49:00 861 0

DİQQƏT! Təhsil İdarəsindən bəyanat: "Yeni il"lə bağlı pul yığılarsa...

"Paytaxt məktəblərində Yeni il şənliyinin keçirilməsi üçün valideynlərdən pul yığılması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) indiyə qədər heç bir müraciət daxil olmayıb".

Son.az xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq İdarədən bildiriblər.

Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində təqvim ilinin yekunları ərəfəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbirlərin keçirilməsi tövsiyə olunur: "Müvafiq tədbirlər məktəblilərin Azərbaycançılıq, həmrəylik və birlik ideyaları ruhunda tərbiyə olunması baxımından daha əhəmiyyətli və gərəklidir".