Diasporla İş üzrə Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb


Digərləri 12 Dek 2018 19:48:31 639 0

Diasporla İş üzrə Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) kollektivi və bir qrup diaspor rəhbəri bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyub.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) kollektivi və bir qrup diaspor rəhbəri bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyub. Qurumdan Trend-ə verilən məlumata görə, daha sonra Dövlət Komitəsində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimi giriş sözü ilə Komitə sədri Fuad Muradov açaraq tədbirdə iştirak edən qonaqları salamladı. Qeyd etdi ki, dahilər ölmür, onların ancaq doğum günləri olur, Heydər Əliyev də daim bizimlədir. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyev Fondunun ulu öndərə həsr etdiyi qısametrajlı sənədli film nümayiş olunub.