Taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır (FOTO)


Digərləri 12 Dek 2018 18:54:00 752 0

Taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır (FOTO)

35 hektar taxıl sahəsində brodifak preparatı ilə kimyəvi mübarizə tədbirləri aparılıb.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şabran və Cəlilabad rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusu təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, dekabr ayının birinci həftəsində Şabran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər gəmiricilərin yayılma arealını müəyyənləşdirmək məqsədi ilə 358 hektar sahədə fitosanitar müşahidələr aparılıb. Müşahidə zamanı taxıl sahələrini, meyvə və üzüm bağlarını, yonca və təbii otlaqları əhatə edən 241 hektar sahədə adıçəkilən zərərverici ilə sirayətlənmə müəyyən olunub. Dövlət büdcəsi vəsaiti hesabına 35 hektar taxıl sahəsində brodifak preparatı ilə kimyəvi mübarizə tədbirləri aparılıb.