Azərbaycandan daha bir uğur


Digərləri 12 Dek 2018 16:39:00 501 0

Azərbaycandan daha bir uğur

Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib.

Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyindən Son.az-a verilən məlumata görə, 02-11 iyul 2018-ci il tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində keçirilmiş auditin yekun nəticələri bəlli olub.

Bu nəticələrə görə, Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə son iki il ərzində 23,3% irəliləyiş əldə edib.

04-05 dekabr 2018-ci il tarixlərində Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda təşkil edilmiş görüşdə Büronun regional direktoru cənab Luis Fonseka de Almeyda Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyətini təbrik edərək Azərbaycanın əldə etdiyi bu tərəqqinin 2018-ci ildə region üzrə ən yüksək nəticə olduğunu qeyd edib.