Kilsəni qana boyayıb intihar edənin kimliyi bilindi


Digərləri 12 Dek 2018 17:14:00 645 0

Kilsəni qana boyayıb intihar edənin kimliyi bilindi

Braziliyanın San-Paulu ştatının cənub-şərqindəki Kampinas şəhərində yerləşən kafedral kilsəsində gülləbaran edənin kimliyi bilinib.

Son.az El Mundo-ya istinadən bildirir ki, 49 yaşlı Euler Fernando Qondolfo kilsədə ayin başa çatan kimi içəri girib, qarşısına çıxan hər kəsə atəş açmağa başlayıb. 20 dəfə atəş açan Qondolfo 4 nəfəri güllələyib. Bundan sonra mehraba tərəf gedən qatil orada revolverin lüləsini alnına dayayaraq atəş açıb, intihar edib.

Qətlə yetirilən şəxslərdən biri polis zabitidir.

Gülləbaranda 4 nəfər yaralanıb.