Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq ediləcək


Digərləri 12 Dek 2018 17:19:00 765 0

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq ediləcək

Amortizasiyanın tətbiqi ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, gələn ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vasaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək.

Son.az bildirir ki, Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar:

"Buna əsasən həmin kateqoriyaya aid vergi ödəyicisi balansında olan əsas vəsaitlərə görə illik amortizasiya normasına 2 əmsal tətbiq etməklə daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.

Kiçik sahibkarlıq subyektləri isə sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.