Tövləyə od vurub iki inəyi yandıran şəxs yaxalandı


Digərləri 12 Dek 2018 14:44:09 581 0

Tövləyə od vurub iki inəyi yandıran şəxs yaxalandı

Dekabrın 8-də Quba rayonunun Qorxmazoba kənd sakini Şahbaz Əlverdiyevə məxsus yardımçı təsərrüfat yanıb, nəticədə 2 baş inək tələf olub.

Bakı. Dekabrın 8-də Quba rayonunun Qorxmazoba kənd sakini Şahbaz Əlverdiyevə məxsus yardımçı təsərrüfat yanıb, nəticədə 2 baş inək tələf olub. DİN-dən Trend-ə verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində yardımçı təsərrüfatın qəsdən yandırılması müəyyən edilib.