Nazir müavini: "Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək"


Digərləri 12 Dek 2018 14:35:00 1035 0

Nazir müavini: "Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək"

Azərbaycanda baramaçılığın inkişafı üçün tədbirlər davam etdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

O bildirib ki, bu il baramaçılığın inkişafı ilə bağlı ölkəyə 1 milyon tut tingi gətirilib: "Ümumilikdə bu məqsədlə ölkəyə 3, 5 milyon tut tingi gətirilib. Oktyabrın sonunda baramaçılıq üçün damazlıq stansiyası istifadəyə verilib. Hazırda stansiya fəaliyyətini davam etdirir. Çalışacağıq ki, çatmayan hissəni Çindən gətirək. Stansiya nəzərdə tutulan güclə fəaliyyət göstərəndən sonra ölkəmizi daxili istehsalla təmin edəcəyik".