Heydər Əliyev Sarayında Azərbaycan xalqının ümummilli lideri yad edilib (FOTO)


Digərləri 12 Dek 2018 14:23:00 779 0

Heydər Əliyev Sarayında Azərbaycan xalqının ümummilli lideri yad edilib (FOTO)

Bu gün Heydər Əliyev Sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.

Bakı. Vüqar İmanov - Bu gün Heydər Əliyev Sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbiri Heydər Əliyev Sarayının direktoru, “Şöhrət” ordenli, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev giriş sözü ilə açaraq ulu öndərin şərəfli həyat yolundan, xalqı qarşısında misilsiz xidmətlərindən, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, ulu öndərin müdrik siyasəti və misilsiz xidmətləri nəticəsində respublikamızın qazandığı uğurlar və müvəffəqiyyətlər, dünya birliyində layiqli yer tutması, zəngin olan mədəniyyətimizin bugünkü səviyyəyə yüksəlməsində əvəzedilməz rolundan və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib. F.Babayev çıxışının sonunda bir daha bildirib ki, Azərbaycan mədəniyyətinin bu gün nümayiş olunduğu əsas səhnə heç şübhəsiz ki, Heydər Əliyev Sarayıdır və bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır.