Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi göstəricilərin yaxşılaşması ilə əlaqədar Mərkəzi Asiya üzrə proqnozu artırıb


Digərləri 12 Dek 2018 13:46:00 728 0

Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi göstəricilərin yaxşılaşması ilə əlaqədar Mərkəzi Asiya üzrə proqnozu artırıb

Asiya İnkişaf Bankı Azərbaycanda dövlət investisiyalarının və “Şahdəniz” qaz-kondensat yatağında hasilatın artması ilə əlaqədar 2019-cu il üçün Mərkəzi Asiyanın ümumi daxili məhsulu üzrə proqnozu 4,2 faizdən 4,3 faizədək artırıb

Bakı. Asiya İnkişaf Bankı Azərbaycanda dövlət investisiyalarının və “Şahdəniz” qaz-kondensat yatağında hasilatın artması ilə əlaqədar 2019-cu il üçün Mərkəzi Asiyanın ümumi daxili məhsulu üzrə proqnozu 4,2 faizdən 4,3 faizədək artırıb. Trend bu barədə bankın “Asian Development Outlook 2018” hesabatına yenilənmiş əlavəsinə istinadən bildirir. Eyni zamanda bank, Azərbaycanda inflyasiya proqnozlarının yaxşılaşması ilə əlaqədar 2018-ci il üzrə Mərkəzi Asiya regionunda inflyasiya proqnozunu 8,4 faizdən 8 faizədək azaldıb.