UNEC-də Elmmetrika şöbəsi fəaliyyətə başlayıb


Digərləri 12 Dek 2018 13:13:55 550 0

UNEC-də Elmmetrika şöbəsi fəaliyyətə başlayıb

UNEC-də Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin tərkibində Elmmetrika şöbəsi fəaliyyətə başlayıb.

Bakı. UNEC-də Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin tərkibində Elmmetrika şöbəsi fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, əsas vəzifələri sırasına professor-müəllim heyətinin elmi fəaliyyəti haqqında informasiyanın toplanması və onun sistemləşdirilməsi, nəşr aktivliyinin və istinad göstəricilərinin yüksəldilməsi işlərinə metodiki dəstək olan şöbə UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində atılan növbəti addımdır. Şöbə həmçinin UNEC-in professor-müəllim heyətinin Beynəlxalq elmi bazalardan istifadəsinə və istismarına nəzarət edəcək, struktur bölmələrinin məqalə aktivliyinin və istinad göstəricilərinin yüksəldilməsi işlərinin stimullaşdırılması, qiymətləndirmə metodlarının işlənməsi sahəsində tədbirlər həyata keçirəcək.