Tramp: “Bir ay ərzində Suriyanı İŞİDdən tamamilə təmizləyəcəyik”


Dünya 12 Dek 2018 11:35:00 456 0

Tramp: “Bir ay ərzində Suriyanı İŞİDdən tamamilə təmizləyəcəyik”

Qarşıdakı 30 gün ərzində Suriyada terrorçu İŞDİ qruplaşmasının üzvü olan bir nəfər belə qalmayacaq.

Son.az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə Suriya və İraqda milli azlıqların hüquqlarının müdafiəsi və dəstəklənməsi layihəsinin imzalanması mərasimində bildirib.

O deyib ki, ABŞ İŞİD-ə qarşı mübarizədə böyük işlər görüb: "Hazırda regionda çox az terrorçu qalıb. 30 gün ərzində bir terrorçu da qalmayacaq".