2ci sinif şagirdinin ölümünə görə ittiham edilən baş mühəndisə hökm oxundu


Digərləri 12 Dek 2018 11:40:00 842 0

2ci sinif şagirdinin ölümünə görə ittiham edilən baş mühəndisə hökm oxundu

Şirvan Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Qəhrəman Muradovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Q.Muradovun apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Q.Muradov Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Füzuli Elektrik şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyərkən laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyib.