Kafedə müştərinin qətli videokameralara düşdü


Dünya 12 Dek 2018 09:23:00 359 0

Kafedə müştərinin qətli videokameralara düşdü

Moskvanın cənub-şərqində yerləşən Lenin prospektindəki "Cənnət süfrəsi" kafesində üzərində odlu silah yarası olan kişi meyiti aşkar edilib.

Son.az report-a istinadən xəbər verir ki, o, hazırda Rusiya paytaxtında "Yaxalama" planı çərçivəsində axtarılan naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Silahlı insident Moskva vaxtı ilə təqribən 22:30-da baş verib. Hadisənin təfərrüatları məlum deyil. Ehtimal ki, atışma qəfil baş verən münaqişə zəminində olub.