"Huawei"in maliyyə direktoru girov müqabilində sərbəst buraxılacaq


Dünya 12 Dek 2018 09:18:00 489 0

"Huawei"in maliyyə direktoru girov müqabilində sərbəst buraxılacaq

Kanada məhkəməsi "Huawei"in maliyyə direktoru Men Vançjounu girov müqabilində sərbəst buraxmaq barədə qərar qəbul edib.

Son.az report-a istinadən xəbər verir ki, o, Vankuverdəki iki evindən birində ABŞ-a ekstradisiyası üzrə məhkəmə dinləmələrini gözləməli olacaq.