Yuli Qusman: "Azərbaycan çiçəkləri Heydər Əliyev tərəfindən əkilən gülüstana çevrilib"


Digərləri 12 Dek 2018 08:07:00 390 0

Yuli Qusman: "Azərbaycan çiçəkləri Heydər Əliyev tərəfindən əkilən gülüstana çevrilib"

Heydər Əliyev nəinki Azərbaycan və Azərbaycan xalqının, Rusiya, SSRİ və bütün dünya tarixində, həmçinin Heydər Əliyevin vətənimizi - Azərbaycanı bərpa edərək yeni respublika qurduğu zamanda yaşayan və işləyən, oxuyan və yaradan hər bir kəsin həyatında çox böyük rol oynayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə rusiyalı teatr və kino rejissoru, televiziya aparıcısı, aktyor, ictimai və siyasi xadim, bakılı Yuli Qusman deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin xatirəsi bəşəriyyət və Azərbaycan durduqca yaşayacaq: "Heydər Əliyevdə heyrətamiz ciddilik və xeyirxahlıq, mənəvi gözəllik və dəyanət, düşmənlərə və cinayətlərə qarşı dözümsüzlük, son dərəcə işıqlı zəka və geniş bilik birləşirdi. Heydər Əliyev onu əhatə edən insanlara son dərəcə dərin təsir bağışlayırdı".

Bakıya son səfəri zamanı "böyük memarın heyranlıq doğuran şah əsəri" - Heydər Əliyev Mərkəzində olduğunu bildirən Y.Qusman qeyd edib ki, bu şah əsəri dahi Heydər Əliyevin xatirəsinə layiqdir:

"Bakı həmişə məni özünə çəkir. Bakı cəzbedici gücə malikdir. Hətta mən Bakıda olmadığım yarım il ərzində inanılmaz dərəcədə dəyişikliklər baş verib. Bakı limanı çox dəyişib, həmçinin Ağ şəhər! Və hər yer belədir. Əgər dünən harasa boş ərazi idisə, bu gün artıq ora park və ya gül-çiçəklikdir. Bütün Azərbaycan çiçəkləri Heydər Əliyev tərəfindən əkilən bu cür gülüstana çevrilib".