Strasburqun mərkəzində atışma baş verib: 3 ölü, 12 yaralı YENİLƏNİB FOTO


Dünya 12 Dek 2018 07:35:00 409 0

Strasburqun mərkəzində atışma baş verib: 3 ölü, 12 yaralı  YENİLƏNİB  FOTO

07:35

Fransanın Strasburq şəhərinin mərkəzində baş verən atışma nəticəsində 3 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

K.Kastaner deyib: "Saat 19:50-dən silahlı şəxs şəhərin 3 nöqtəsinə terror törədib. O, 3 nəfəri öldürüb".

Nazir əlavə edib ki, insident nəticəsində 12 nəfər xəsarət alıb: "Cinayətkarın axtarışları davam edir. Onun axtarışı üzrə əməliyyatda 350 polis əməkdaşı iştirak edir".

---------

02:41

Fransanın Strasburq şəhərinin mərkəzində atışma baş verib.

Trend-in "BFM" telekanalına istinadən verdiyi məlumata görə, atışma nəticəsində həlak olanların sayı 4-ə çatıb.

---------

01:35

Fransanın Strasburq şəhərinin mərkəzində atışma baş verib.

Trend-in "BFM" telekanalına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 2 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Fransanın daxili işlər naziri Kristof Kastaner ölənlər haqqında məlumatı təsdiqləyib.


Xəbərə aid fotolar