Günün qoroskopu: Sevdiyiniz insanla münasibətləri təftişə uğratmayın


Digərləri 12 Dek 2018 00:01:00 428 0

Günün qoroskopu: Sevdiyiniz insanla münasibətləri təftişə uğratmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.

Günün ikinci yarısında yeni sifariş ola bilər.

Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz insanlarla çox sərt danışmayın.

Buğa - situasiya sizdən ani reaksiya, qərarların sürətlə qəbul olunmasını tələb edir. Uğur qazanmaq üçün yeni şərtlərə uyğunlaşmaq labüddür. Adi günlərdən fərqli olaraq daha çevik davranmalı, süstlük və ətaləti bilmərrə unutmalısınız.

Günün ikinci yarısında alacağınız rabitə vastəsi, yaxud dəftərxana ləvazimatı və avadanlıq az sonra karınıza gələcək.

Mənəvi baxımdan sizə yaxın insanlarla ünsiyyət qurun. Yaradıcı ideyaları bölüşməyə dəyər.

Axşam saatlarında səhhətinizə, xüsusilə də rasiona fikir verin.

Əkizlər - günün ilk yarısında fəal ünsiyyət və yeni əlaqələrin yaradılması işlərinizi əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Bütün diqqəti özünüzə cəlb etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin köməyə və yaxşı məsləhətə ehtiyacı var.

Günün ikinci yarısında şərait səmimi söhbət üçün əlverişli deyilsə, susun. Təkbaşına çalışın, kimsədən yardım gözləməyin.

Axşam saatlarını ailə üzvlərinə həsr edin. Ailədə mühitin yaxşılaşmasında qarşılıqlı anlaşmanın çox böyük rolu var. Sevdiyiniz insanı dinləyin.

Xərçəng - günün ilk yarısında kommunikasiya, mübadilə, informasiyanın alınması ilə bağlı cəhdlər uğurlu olacaq. İşgüzar müzakirələr üçün qeyri-rəsmi format seçin. Tərəfdaşlarla ünsiyyətdə maraqlarınızı tam təmin edin.

Bunun üçün əlahiddə səylərə heç bir lüzum yoxdur.

Günün ikinci yarısında hisslərinizi sevdiyiniz insanla bölüşməyi bacarın. Münaqişələri dəf edin, münasibətlərdə inam və etibar mühiti yaradın.

Subaysınızsa, internetdəki tanışlığa çox bel bağlamayın.

Şir - günün ilk yarısı ən mürəkkəb işlərin başa çatdırılması üçün münasib zamandır. Peşəkar fəaliyyətiniz daşımalar, marketinq və ya vasitəçiliklə bağlıdırsa, yaxşı nəticələr əldə edəcəksiniz. Dəvət aldığınız yerə yollansanız, maraqlı xəbərlər eşidəcəksiniz.

Günün ikinci yarısında işlərdə aktiv olmaqla yanaşı, ailə qayğılarını da unutmayın. Yaxınlarınız əlavə diqqət istəyirlər. Qıcıqlanmayın. Onlara sevginizi, müsbət emosiyalarınızı nümayiş etdirin.

Axşam saatlarını dəyərləndirdiyiniz insanlarla birgə istirahətə həsr edin.

Qız - işdə rəhbərliklə danışmaq, problemləri müzakirə etmək üçün günün ilk yarısı daha əlverişlidir. Təşəbbüskar olsanız, dəstək və yardım alacaqsınız. İşgüzar danışıq, görüş uğurlu olacaq. Sözləriniz eşidiləcək.

Günün ikinci yarısında vəziyyət sizdən trivial olmayan qərarlar tələb edir. Problemlərin həllində çevik və mütəhərrik olun.