Allahın qəzəbindən 2 pənahgah


Digərləri 11 Dek 2018 23:50:00 454 0

Allahın qəzəbindən 2 pənahgah

Biz insanlar həyatımızda bilərəkdən və bilməyərəkdən çoxlu xatalar edirik. Ancaq mühüm olanı budur ki, həmin xataları görüb, onlara görə tövbə edək və Allaha tərəf qayıdaq.

Allah Təbarəkə və Təala nə zaman tövbələri qəbul edər?

Son.az deyerler.org-a istinadən bildirir ki, Quranın da buyurduğu kimi, Allah çox mehriban və rəhimdir. Günahları bağışlayandır. Ancaq bəndənin tövbəsinin qəbul olması üçün bir neçə şərtin olması zəruridir ki, onsuz bağışlanma ehtimalı zəifləyər.

1. Bəndə etdiyi günahı nadanlıq və cahillik üzündən yerinə yetirir. Yəni, bu, o demək deyildir ki, həmin işin günah olduğunu bilməz. Bəlkə bu işin günah olduğunu bilər, ancaq onu Allaha üsyan və itaətsizlik üzündən deyil, cahil olduğu üçün yerinə yetirər. Bu zaman həmin bəndənin tövbəsi qəbul olan tövbələrdən olar. "Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara "salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır" de". ("Ənam" 54).

2. Bəndə günah edən zaman tövbəsini təxirə salmamalıdır və elə həmin andan özünü islah etməyə başlamalıdır."Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər İlahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür)". ("Taha" 82).