Ağızda acılıq hissi, öd dadının səbəbləri


Digərləri 11 Dek 2018 23:35:00 577 0

Ağızda acılıq hissi, öd dadının səbəbləri

Son zamanlar insanlar səhər tezdən və yeməkdən sonra ağzında, boğazında qəribə bir acılıq, acı tam hiss etdiklərini bildirir, amma buna elə də önəm verməyərək, yəqin ödümdə problem var, düşünüb gözləyirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, ağızda acılığın davam etmə müddəti, sutkanın hansı saatında baş verməsi, daimi və ya müvəqqəti olmasından asılı olaraq, bir sıra səbəblər irəli sürülür.

Sanki boğazıma öd axır - 5 səbəb

Birinci səbəb keyfiyyətsiz, vaxtı keçmiş, konservativli, qeyri-sağlam qidaların qəbul olunmasıdır. Əgər qidalanmada daima yağlı, qızardılmış, hisə verilmiş yeməklər varsa, acılıq yemək qəbulundan sonra başlayırsa, deməli, qaraciyərdə turşulaşma gedir, öd, öd yolları, axarları yaxşı çalışmır.

Acılıq gecə yatanda və səhərlər də hiss olunursa, deməli, bu orqanların işi ciddi mənada pozulub.

2. Mədə-bağırsaq səbəbləri. Əgər gün ərzində qidalanmadan fərqli olmayaraq, ağızda, boğaz içində acılıq varsa, o zaman mədə, on iki barmaq bağırsaq, bağırsaqların patoloji prosesindən şübhələnmək olar.

3. İdmandan, ağır işdən sonra acı dad qaraciyər patologiyaları ilə bağlıdır. Bu zaman sağ qabırğaaltı nahiyədə ağırlıq, ağrı da olur. 4. Uzun müddət acılıq hissi yaşlı insanlarda dad reseptorlarının təbii olaraq yaşla bağlı dəyişməsi, zəifləməsi ilə əlaqədar ola bilər. 5. Ağızda infeksiya, iltihab ( stomatit, parodontoz, gingivit)olduqda da daimi acılıq hiss olunur.

6. Ağızda acılıq hissi ən pis halda həzm orqanları, qida borusu və qırtlağın onkoloji şişlərinə də siqnal ola bilər. 7. Psixi, nevroloji problemlərdə də dildə və ağızda acı tam, acı ərp ola bilir. Stress, həyəcan, təşviş öd kisəsinin tonusunu artırır, öd yollarına və mədəyə normadan çox öd sıçramasına səbəb olur. Bu zaman sinir əsəb sisteminin müalicəsi tələb olunur.

8. Əgər qısamüddətli, qəfil acılıq müşahidə olundusa, son qəbul etdiyiniz preparatlara da diqqət yetirin. Çox dərmanlar da ağızda quruluq, acı dad yaradır. Xüsusən antibiotiklər, göbələk əleyhinə dərmanlar və s.

9. Öd kisəsi daşları, xolesistit, diskineziya, öd yolları iltihabı ağızda metal dad verir. Bu problemlərdə həzm pozğunluğu, sağ tərəfdə ağrı da qoşulur. 10. Qastroezofagel reflüks - geniş yayılmış sindromdur. Öddə və mədədə spazm nəticəsində öd şirəsi, mədə turşuluğu qida borusuna sıçrayır. Bu zaman qıcıqlandıraraq yanğı, yanma hissi, acı-turş dad verir.