Braziliyada kilsədə atışma olub, ölən və yaralananlar var


Dünya 11 Dek 2018 22:54:00 447 0

Braziliyada kilsədə atışma olub, ölən və yaralananlar var

Çərşənbə axşamı Braziliyanın San-Paulu ştatında yerləşən kilsələrdən birində silahlı insident baş verib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "təcili yardım"a istinadən "Globo" telekanalı məlumat yayıb.

Bildirilir ki, naməlum şəxs kilsəyə girərək odlu silahdan insanlara atəş açmağa başlayıb. Nəticədə 4 nəfər ölüb, daha 4-ü isə yaralanıb. Cani sonda özünü öldürüb.