Quranı əzbərləyən və ona əməl edən, böyük peyğəmbərlərlə birlikdə olar


Digərləri 11 Dek 2018 21:40:00 430 0

Quranı əzbərləyən və ona əməl edən, böyük peyğəmbərlərlə birlikdə olar

Allah Təala Qurani-Kərimi müsəlmanlara, onları hidayət etməsi və səadətə çatdırması üçün göndərmişdir. Əgər biz Quranı oxuyur, lakin ona əməl etmiriksə, bu zaman Quranı oxumağın bizə heç bir faydası olmur. Çünki Quran - əməl olunmalı səma kitabıdır. Onu oxuyub sadəcə əzbərləmək kifayət deyildir, əslində Quran məhz əməl meydanında özünün əsil simasını nümayiş etdirir. Məsumlarımız (ə) da bizləri daima Qurana əməl etməyə təşviq etmişdilər.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Quranı öyrənər və ona əməl etməzsə, Allah onu Qiyamət günü kor məhşur edər. O, soruşar: "Allahım, məni nə üçün kor məhşur etmisən, halbuki mən görən idim?". Buyurar: "Necə olur ki, sən bizim ayələri oxumusan və yadından çıxartmısan və ona əməl etməmisən?"".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Quranı sizə tövsiyə edirəm. Başqaları Qurana əməl etməkdə sizi qabaqlamasınlar".

İmam Sadiq (ə) buyurur: "Hər kim Quranı əzbərləyər və ona əməl edər, böyük peyğəmbərlərlə (ə) (birlikdə) olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Cəhənnəmdə bir məkan vardır ki, atəş əhli oradan nicat üçün hər gün 70 min dəfə dua edərlər".