İnfarktı əvvəlcədən müəyyən etməyin yolu tapıldı


Digərləri 11 Dek 2018 21:20:00 450 0

İnfarktı əvvəlcədən müəyyən etməyin yolu tapıldı

Araşdırmalar nəticəsində hazırlanmış sensor, infarktı əvvəlcədən təyin etməyə köməkçi olacaq.

Son.az deyerler.org-a istinadən bildirir ki, inkişaf edən texnologiyaya baxmayaraq, çox təəssüf ki, bəzi xəstəliklərə hələ də həll tapılmır. Dövrümüzün ən böyük sağlamlıq problemlərindən olan infarkt isə, stressli iş tərzinə görə, hər yaşda olan insanı tuta bilən, birdən reallaşan hiyləgər bir təhlükədir.

İnfarktı əvvəlcədən təxmin etmək və tədbir almaq təəssüf ki, çox çətindir. Lakin təxminən 9 ay davam edən araşdırma nəticəsində, elm insanları infarkt risklərini əvvəlcədən təyin edə biləcək elektrokimyəvi biosensor hazırlamağı bacardı. İnfarktı artıracaq dəyərləri anlıq olaraq izləyə biləcək və eyni zamanda ürək əzələləri zərər gördüyündə qana salınan maddələri də müəyyən edə biləcək olan bu sensor, infarkt risklərini əvvəlcədən təyin etməyə köməkçi olacaq.