Yaşıl limonun bilmədiyiniz FAYDALARI:


Digərləri 11 Dek 2018 20:29:00 451 0

Yaşıl limonun bilmədiyiniz FAYDALARI:

Sarı limona nisbətən daha az turş və kiçik olan yaşıl limonun fayadalarından xəbəriniz varmı?

Son.az Publika-ya istinadən bildirir ki, xoş qoxusu ilə yüzillərdir mətbəxdə və gözəllik üçün istifadə edilən yaşıl limonun istifadəsi və insan sağlamlığına olan faydaları haqqında araşdırmanı təqdim edir.

Tərkibindəki turşu sayəsində antioksidant özəlliyi daşıyan yaşıl limon daha çox qış mövsümündə istifadə olunur.

Yüksək miqdarda C vitamini ilə zəngindir. Tərkibində az miqdarda şəkər var. Xolestrol və təzyiq kimi xəstəliklərin dərmanıdır. B1, B2, B3, karoten ve kalsium kimi vitaminlərlə zəngindir.

Yüzillərdir xalq təbabətində geniş şəkildə istifadə olunur. Daha əvvəllər yaşıl limonun qabıqları qurudularaq xoş qoxu verməsi üçün geyimlərin arasına və evin künclərinə qoyulurmuş.

- Yaşıl limonun suyu və yağı kosmetika sənayesində istifadə olunur. Kremlərin qoxusu məhz yaşıl limon sayəsində müəyyən edilir. Yağı dəriyə olduqca faydalıdır. Cilddəki bakteriyaları və iltihabları təmizləyir. Təbii dərman kimi istifadə oluna bilər.