Böyük Şor gölünün ortasından maşınla keçəcəyik


Digərləri 11 Dek 2018 20:14:00 549 0

Böyük Şor gölünün ortasından maşınla keçəcəyik

Böyük Şor gölü üzərində inşa edilən yol bu ayın 25-nə kimi tam olaraq bitəcək. Yol ilin sonuna qədər istifadəyə veriləcək.

Son.az bildirir ki, bu sözləri Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sumqayıt və Xırdalan, həmçinin Binəqədi, Balaxanı yolundakı sıxlığı azaldacağı gözlənilən Böyük Şor gölü üzərində inşa olunan bənddə aparılan işlər barədə danışarkən bildirib.

Xatırladaq ki, 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan və Masazır qəsəbələrinə və Sumqayıt şəhərinə gedişi təmin edəcək Böyük Şor gölü üzərində yol inşa edilir.

Böyük Şor gölü üzərində inşa edilən və gölü iki hissəyə ayıracaq yeni avtomobil yolunda işlər tam başa çatdırıldıqdan sonra sözügedən yol Ziya Bünyadov prospekti ilə Balaxanı, Binəqədi avtomobil yollarını birləşdirəcək. Bu yol istifadəyə verildikdən sonra sürücülər 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan dairəsi ərazisindən Xırdalan və Masazır qəsəbələrinin ərazisinə, həmçinin Sumqayıt şəhərinə və bu istiqamətdə yerləşən digər qəsəbələrə rahatlıqla çıxış əldə edəcək.