Nikolu təbrik edən yoxdur:


Dünya 11 Dek 2018 19:54:00 385 0

Nikolu təbrik edən yoxdur:

Ermənistanda seçkilərin başa çatmasına baxmayaraq, hələ də Nikol Paşinyanı dünya dövlətlərinin liderləri təbrik etməyib. Maraqlısı budur ki, Rusiya Prezidenti Vladimir Putin də Ermənistandakı seçkidə qələbə qazanan Paşinyanı təbrik etməyənlər sırasındadır.

Son.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Paşinyanı gec də olsa, təbrik edəcəklər, çünki bu, protokol qaydadır.

"Sadəcə, ola bilsin ki, bu gecikmə ilə diplomatik münasibətlərini və ya Paşinyana şəxsi mövqelərini ifadə edirlər. Rusiya xüsusilə bu gecikmə ilə Paşinyandan narazı olduğunu və onun siyasətinə korrektələr etməsini gözlədiyini büruzə verir. Dünya ölkələrinin gözündə Ermənistan kasıb, balaca, dağ ətəyində yerləşən ərik ölkəsidir. Ermənistanda keçirilən seçkilər də dünya mediası üçün maraqlı deyildi. Protokol qaydasının növbəsi gələndə digər dövlət başçıları da düşmənimizi təbrik edəcəklər", - politoloq bildirib.