"Əbədi məşəl" abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunacaq (VİDEO)


Digərləri 11 Dek 2018 18:32:25 415 0

"Əbədi məşəl" abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət 
 olunacaq (VİDEO)

"Əbədi məşəl" abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunacaq.

Bakı. Ceyhun Ələkbərov - Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunacaq. Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev deyib. C.Tağıyevin sözlərinə görə, həmin gənci ərazidəki kameralar vasitəsilə tapmaq mümkündür.