Avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ:


Digərləri 11 Dek 2018 16:42:00 431 0

Avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ:

Avtobuslarda tikinti materialları, heyvanların aparılması sərnişinləri çox vaxt narahat edir. Təəssüflər olsun ki, bu hallar getdikcə daha da artır.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Vəziyyət o yerə çatıb ki, avtobusların oturacaqlarında it daşıyanlar da peyda olub. Heç bir təhlükəsizlik vasitəsi olmayan heyvan, sahibi tərəfindən avtobusa mindirilir. Sürücünün iradından sonra isə avtobusu tərk edir.

Bu hələ vəziyyətin yaxşı formasıdır. Əndazəli yüklərdən tutmuş, tikinti və ev əşyalarına kimi bir çox yükləri marşurut avtobusları ilə daşıyanlar var.

Sürücü: "Gediş-gəlişə çətinlik törədirlər".

Sürücü: "Sərnişinlər də gərək bizi başa düşsün. Sərnişin avtobusunda yük daşımaq olmaz".


Xəbərə aid fotolar