Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib (FOTO)


Digərləri 11 Dek 2018 15:49:40 615 0

Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib (FOTO)

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr edilib.

Bakı. Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib. Mərasimdə E.Karvardin bildirib ki, UNICEF Azərbaycandakı fəaliyyətinin dörddə bir əsrini qeyd etməkdən qürur duyur. “Azərbaycan iqtisadi və sosial baxımdan sürətlə inkişaf etdiyi üçün UNICEF bütün uşaqların eyni imkanlara, eyni şanslara malik olması və onların hüquqlarına eyni hörmətlə yanaşılması ideologiyasına sadiq olaraq qalır. UNICEF-in Azərbaycandakı hər bir uşaq naminə ötən 25 ildəki fəaliyyət və tərəfdaşlığını qeyd etmək üçün hökumətin bu hədiyyəsini qəbul etməkdən xoşbəxtlik duyuruq”.