Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular


Digərləri 11 Dek 2018 15:20:00 588 0

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qalibi olduqları İkinci Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimində iştirak ediblər.

Son.az-ın məlumatına görə, özlərinin "ThermoNorth" adlı startup layihələrilə qalib gələn tələbələrə iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən sertifikat və müsabiqənin əsas mükafatı - 5000 AZN məbləğındə pul mükafatı təqdim olunub.

Tədbirdə çıxış edən komanda üzvü Aleksandr Oborovskiy müsabiqənin bütün təşkilatçılarına, xüsusilə İqtisadiyyat Nazirliyinə təşəkkür edib. Daha sonra o "ThermoNorth" startup layihəsinin mahiyyəti və məqsədi haqqında tədbir iştirakçılarına qısa prezentasiya edib, həmçinin layihə üzərində işləyən digər komanda üzvlərini - Ali Məktəbin tələbəri Elmar Əsgərzadə, Hüseyin Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov və onlara layihə işləmələri zamanı rəhbərlik edən BANM-ın dosenti Əmir Rza Vəxşurini iştirakçılara təqdim edib.