Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb


Digərləri 11 Dek 2018 14:38:00 368 0

Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb

Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyaları 14,3 milyard dollar təşkil edib ki, bunlardan 12,8 milyard dolları neft sektoruna, 1,5 milyard dolları qeyri-neft sektoruna yerləşdirilib

Bakı. Sara İsrafilbəyova - Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyaları 14,3 milyard dollar təşkil edib ki, bunlardan 12,8 milyard dolları neft sektoruna, 1,5 milyard dolları qeyri-neft sektoruna yerləşdirilib. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib. Onun sözlərinə görə, Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiyaları 11,8 milyard dollar, o cümlədən neft sektoruna 9,1 milyard dollara bərabər olub.