Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib FOTO


Digərləri 11 Dek 2018 13:47:00 443 0

Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib  FOTO

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, akademik Teymur Bünyadov, professor Qəzənfər Paşayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, din xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan A.Paşazadə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün gördüyü işlərdən, dinə diqqət və qayğısından danışıb: "Heydər Əliyev Azərbaycana, dinimizə, milli dəyərlərimizə bağlı insan idi. Dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı".

QMİ sədri deyib ki, Heydər Əliyev Azərbaycanı dağılmaq, xəritədən silinmək təhlükəsindən xilas etdi:

"Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə ulu öndər Heydər Əliyev Azərbaycana gəldi və müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu. Lakin Heydər Əliyevin bizə ən böyük əmanəti onun irsinin və siyasətinin davamçısı İlham Əliyevdir".