Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib


Digərləri 11 Dek 2018 12:18:53 404 0

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Bakı. Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 10-da Nazirliyin Baş İctimai Təhlükəsizlik, Xəzər və Yasamal Rayon Polis idarələrinin əməkdaşları qeyd olunan rayonlar ərazisində birgə tədbirlər keçiriblər. Reydlər nəticəsində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində və Yasamal rayonu Landau küçəsindəki köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.