Mübariz Qurbanlı: "Ulu öndər Heydər Əliyev dini qaydalarımıza çox ciddi şəkildə əməl edib və bunu başqalarına da tövsiyə edib"


Digərləri 11 Dek 2018 12:00:00 444 0

Mübariz Qurbanlı: "Ulu öndər Heydər Əliyev dini qaydalarımıza çox ciddi şəkildə əməl edib və bunu başqalarına da tövsiyə edib"

Ulu öndər Heydər Əliyevin qoyduğu irs, həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

M.Qurbanlı bildirib ki, Heydər Əliyev dinə, imana, mənəvi dəyərlərimizə bağlı insan idi: "Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev ölkədə iqtisadi çətinliklərə baxmayaraq, Bibi Heybət, Təzə Pir məscidlərinin təmir və bərpasına diqqət və qayğı göstərdi. Heydər Əliyev dini qaydalarımıza çox ciddi şəkildə əməl edib və bunu başqalarına da tövsiyə edib. Ulu öndərin müəllifi olduğu Konstitusiyada da vicdan azadlığı, din azadlığı təsbit olundu".