Azərbaycanda gündəlik neft hasilatı ötən ay 801 min barrel olub


Digərləri 11 Dek 2018 11:26:00 434 0

Azərbaycanda gündəlik neft hasilatı ötən ay 801 min barrel olub

Azərbaycanda noyabr ayı üzrə gündəlik neft hasilatı 801 min barrel olub.

Bakı. Azərbaycanda noyabr ayı üzrə gündəlik neft hasilatı 801 min barrel olub. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunun 733 min barrelini xam neft, 68 min barrelini kondensat təşkil edib. Gündəlik 605 min barrel xam neft, 68 min barrel kondensat, 6 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi noyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında 774 min barrel, sentyabr ayında 796 min barrel, oktyabr ayında isə 783 min barrel olub.