Paytaxtın bu yollarında hərəkət məhdudlaşdırılacaq


Digərləri 11 Dek 2018 10:45:00 553 0

Paytaxtın bu yollarında hərəkət məhdudlaşdırılacaq

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 8:00-dan tədbir tam başa çatanadək, Parlament prospektində Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Məlumata görə, anım mərasimi başa çatanadək Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospekti və Ələsgər Ələkbərov küçəsinin kəsişməsində, Hüseyn Cavid prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindən, eləcə də İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, Şövqiyar Abdullayev istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.