Çayda batan şəxs axtarılır


Digərləri 11 Dek 2018 09:22:00 274 0

Çayda batan şəxs axtarılır

Lənkəran çayının Lənkəran şəhəri, Lüvəsər kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.