Beynəlxalq Muğam Mərkəzində “Yeni nəsil dəvət edir” FOTO


Digərləri 11 Dek 2018 08:53:00 458 0

Beynəlxalq Muğam Mərkəzində “Yeni nəsil dəvət edir”  FOTO

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakultəsinin "Xalq çalğı alətləri ifaçılığı" kafedrası tələbələrinin "Sarı simin lisanı" adlı konserti keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində həyata keçirilib. Konsertdə tələbələr Arif Məlikovun - "İki fraqment", Cahangir Cahangirovun -"Ana", "Aylı gecə", Qara Qarayevin - "Gözəllər gözəlinin portreti"("Yeddi gözel" baletindən), Ramiz Mirişlinin -"Tar ilə simfonik orkestr üçün konsert" II hissə "Andante", Vasif Adıgözəlovun -"Şuşam laylay", Həsən Rzayevin - "Cahargah rapsodiyası", Nikolay Lukavikin - "Macar çardaşı", Antonio Vivaldinin - "Yay", Rimski Korsakovun - "Arı uçuşu" əsərlərini tarda ifa ediblər.

İfaçıları pianoda Aygün Səfərzadə müşayiət edib. Konsert maraqla qarşılanıb və gur alqışlarla sona yetib.


Xəbərə aid fotolar