Fransada keçirilən aksiyalarda 4523 nəfər saxlanılıb


Dünya 11 Dek 2018 08:40:00 263 0

Fransada keçirilən aksiyalarda 4523 nəfər saxlanılıb

Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları "sarı jiletlilər" hərəkatının başlanğıcından bu günə kimi keçirilən aksiyalarda 4523 etirazçını saxlayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə BFMTV telekanalı polisdəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, onlardan 4099 nəfəri həbs edilib. Telekanalın açıqladığı rəqəmlər ölkənin bütün ərazisinə aiddir və 24 günü əhatə edir. Bildirilir ki, etirazçıların polis tərəfindən saxlanılması təkcə şənbə günü keçirilən aksiyaların gedişində deyil, həm də adi günlərdə baş verib.