Bəzi internet provayderləri yenilənir


Digərləri 11 Dek 2018 08:46:00 437 0

Bəzi internet provayderləri yenilənir

İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən "Internet Corporation for Assigned Names and Numbers" (ICANN) qeyri-kommersiya təşkilatı "DNS" özək zonası üçün kriptoqrafiya açarının yeniləməsi ilə bağlı yeni açıqlama yayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, açarın dəyişdirilməsi proqnozlara uyğun ciddi nasazlıqlar yaranmadan həyata keçirilib. "ICANN" nümayəndələri prosesin uğurla başa çatmasını izah edə bilmirlər. Onların sözlərinə görə, bu, dəyişdirilmə ilə bağlı məlumatın kifayət qədər olmaması ilə əlaqədardır. Lakin bir sıra serverlərin hələ də açarları uyğunlaşdırıb qoşula bilməməsi və avtomatik təkrar sorğu göndərməsi ilə bağlı müəyyən şübhələr var.

Bildirilir ki, oktyabrın 11-də "ICANN" tərəfindən tarixdə ilk dəfə domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib.