Makron yenə tənqid olundu


Dünya 11 Dek 2018 08:38:00 244 0

Makron yenə tənqid olundu

Fransanın Respublikaçılar Partiyasının birinci vitse-prezidenti Qiyom Pelte prezident Emmanuel Makronun ölkə sakinlərinə müraciətini şərh edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, Makron fransızlara müraciətində böhran əleyhinə tədbirləri necə reallaşdıracağını deməyib.

O, həmçinin əlavə edib ki, Fransa prezidenti özünün əvvəlki bütün siyasi kursunu faktiki olaraq rədd edib.